İyun 23, 2025-11:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Müşavir: SOCAR hazırda keçid prosesindədir

2023:11:22 - 12:10
in İQTİSADİYYAT
A A

Azərbaycan bərpa olunan enerji sahəsində çox yaxşı mövqe tutub.

AZƏRTAC xəbər verir ki, ki, bu sözləri SOCAR-ın vitse-prezidentinin müşaviri Mustafa Qurbanlı Xəzər Texniki Konfransı və Sərgisində (SPE Caspian Technical Conference and Exhibition) deyib.

“Azərbaycan bərpa olunan enerji sahəsində çox yaxşı mövqedədir, lakin indi əsas sual Azərbaycanın və ən böyük neft-qaz şirkəti kimi SOCAR-ın nöqteyi-nəzərindən harada olduğumuzdur. Azərbaycan hökuməti 2030-cu ilə qədər istixana qazlarının tullantılarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı öhdəsinə götürüb. Bundan başqa, Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji istehsalının 30 faiz artırılması ilə bağlı strateji qərar qəbul edib. Bu, Azərbaycan hökumətinin qəbul etdiyi çox mühüm qərardır və SOCAR regionun ən böyük şirkətlərindən biri kimi Azərbaycan hökumətinin qərarının sürətini izləyir”, – deyə Mustafa Qurbanlı vurğulayıb.

Onun sözlərinə görə, cari məqsədlərə nail olmaq üçün SOCAR üç istiqamətə diqqət yetirir: “Bizim üç əsas istiqamətimiz dekarbonizasiyadır. Fəaliyyət göstərdiyimiz bütün sahələrdə, bütün əməliyyatlarımızda hərtərəfli dekarbonizasiya proqramını həyata keçiririk. Bundan əlavə, biz yeni biznes növlərinə sərmayə qoyuruq. İkincisi, SOCAR bərpa olunan enerji mənbələri sahəsində aparıcı şirkətlərlə əməkdaşlıq edir və külək, günəş, hidrogen və karbondan istifadə kimi yeni biznes sahələri yaratmağa çalışır. Üçüncüsü, təşkilati dəyişikliklər gedir. SOCAR hazırda keçid, strukturunun dəyişdirilməsi və inteqrasiya olunmuş idarəetmə sisteminin optimallaşdırılması prosesindədir. Kompleks idarəetmə sistemi yaradırıq. Enerji səmərəliliyimizi və bu sahədəki porqramlarımızı inkişaf etdirəcəyik. Strategiyamızda seçdiyimiz sahələr bunlardır: dekarbonizasiya proqramları, bərpa olunan enerjiyə sərmayə, hidrogen infrastrukturu, elektrikləşdirmə və transformasiya proqramları. Enerji keçidinə nail olmaqda bizə bütün qabaqcıl texologiyalar kömək edəcək”, – deyə o əlavə edib.

Əvvəlki Yazı

Azərbaycan bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 47 % artırıblar

Növbəti Yazı

Fələstinli məhbuslar noyabrın 23-dən tez buraxılmayacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.