ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən Elon Musk, ABŞ-da demək olar ki, hər şeyi qadağan edən çoxlu sayda qanun və qaydalara sahib olduğu fikrini ifadə edib.
“Hər il daha çox qanun və qaydalar var və nəticədə hər şey qeyri-qanuni olur və heç nəyə icazə verilmir. Və bizdə indi vəziyyət belədir”, – o, Dubayda Dünya Hökuməti Sammitində deyib.
Bu kontekstdə o vurğulayıb ki, dövlət tənzimlənməsinin azaldılmasına çalışmaq lazımdır.
Mask hökumət işçilərinin ixtisarını və onun vətəndaşlar qarşısında hesabatlılığının artırılmasını idarəsinin əsas məqsədi kimi müəyyənləşdirib. “Biz insanların hakimiyyətini bərpa etmək istəyirik ki, bu da federal hökumətin ixtisar edilməsi deməkdir. Bundan başqa, sahibkar dövlət xərclərinin azaldılmasının tərəfdarı olub ki, bu da onun fikrincə iqtisadi artımı təmin edəcək. (Tass)