ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib.
“Bilirdinizmi ki, USAID sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirib?” – X-də yazıb.
O, əvvəllər USAİD-i “ölməyə ehtiyacı olan” cinayət təşkilatı hesab etdiyini bildirmişdi. (Tass)