ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bağlanmalı olan cinayətkar təşkilatdır.
“USAID cinayət təşkilatıdır. Onun ölməsinin vaxtıdır”, – o, X-də yazıb. “USAID Amerikaya nifrət edən solçu marksistlərin ilan quyusudur”, – SpaceX yaradıcısı əlavə edib.
Daha əvvəl Associated Press mənbələrə istinadən xəbər vermişdi ki, USAID-in təhlükəsizlik xidmətinin iki rəhbəri DOGE ilə münaqişə səbəbindən inzibati məzuniyyətə göndərilib – onlar Maskın departamentinə məxfi məlumat verməkdən imtina ediblər. (Tass)