İyun 17, 2025-7:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Müstəqillik Günü və Azərbaycanın Keniyada səfirliyinin rəsmi açılışına həsr olunmuş rəsmi qəbul təşkil olunub

2025:06:04 - 10:00
in SİYASƏT
A A

3 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Keniya Respublikasına rəsmi səfəri çərçivəsində Nairobi şəhərində 28 May – Müstəqillik Günü və ölkəmizin Keniyada səfirliyinin rəsmi açılışına həsr olunmuş rəsmi qəbul təşkil olunub.

XİN-dən APA-ya verilən məlumata görə mərasim Azərbaycan və Keniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Nazir Ceyhun Bayramov çıxışı zamanı Azərbaycanın 1918-ci ildə müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət kimi tarixə düşmüş Azərbaycan Xalq Cümhuriyyətinin irsi, 1991-ci ildə bərpa olunmuş müstəqilliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və Azərbaycanın regionda sülh və əməkdaşlıq gündəliyinə verdiyi töhfələr barədə iştirakçılara məlumat verib.

O, həmçinin Ümummilli Lider Heydər Əliyevin 1993–2003-cü illərdəki uzaqgörən və müdrik rəhbərliyini, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və sosial uğurları, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunduğunu diqqətə çatdırıb.

Hazırda Azərbaycanın Cənubi Qafqazda davamlı sülh, əməkdaşlıq və inkişaf əsaslı yeni reallıqlar yaratdığı və postmünaqişə dövründə quruculuq, reinteqrasiya və dayanıqlı regional əməkdaşlıq gündəliyini təşviq etdiyi qeyd olunub.

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının genişləndirilməsinin qarşılıqlı faydaya və ümumi məqsədlərə əsaslandığı və bu baxımdan Keniyada səfirliyin açılmasının Azərbaycan–Keniya münasibətlərinin sistemli və kompleks inkişafında yeni mərhələnin əsasını qoyduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov tədbir iştirakçılarına təşəkkür edərək, Azərbaycan xalqının Müstəqillik Gününü birgə qeyd edən Keniyalı tərəfdaşlara səmimi təbriklərini və təşəkkürünü çatdırıb, bu dostluğun və əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Rəsmi qəbulda fəxri qonaq qismində Keniya Respublikasının mədən, mavi iqtisadiyyat və dənizçilik naziri Hassan Ali Joho çıxış edib.

O, öz çıxışında Azərbaycanla Keniyanın dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını yüksək qiymətləndirib, ölkəmizin beynəlxalq arenada oynadığı rola dair fikirlərini bölüşüb.

Tədbirdə Azərbaycan musiqisi səsləndirilib, ölkəmizin mədəniyyəti və turizm imkanları haqqında video süjetlər nümayiş etdirilib.

Rəsmi qəbulda Keniya Respublikasının hökumət və parlament nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimaiyyət və media təmsilçiləri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

 

Əvvəlki Yazı

İsrail ordusu Yəməndən atılan raketi ələ keçirdiyini bildirib

Növbəti Yazı

Azərbaycanda seysmik stansiyaların sayı 88-ə çatıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.