Suriyada rejim əleyhdarı müxalif qruplar Homs, Dəraa, Suveyda və Əl Sanameyn şəhərlərini ələ keçirdikdən sonra paytaxt Dəməşqin cənub ətrafına daxil olmağa başlayıb.
Rejim qüvvələri Dəməşqin təxminən 25 kilometr şimalındakı Quteyfe rayonu və ətrafdakı bir çox yaşayış məntəqəsindən geri çəkilərək, paytaxtın cənub-qərb çölündə Xan Şeyx, Katana, Kenaker, Zəkiyə, Saasa və Beyt Cin yaşayış məntəqələrindəki mövqelərini boşaldıb. Rejim əsgərləri paytaxt Dəməşqə doğru geri çəkilir.
Ölkənin cənubunda rejimin nəzarətində olan Dera və Suveyda əyalətləri şiddətli toqquşmalardan sonra müxalifətin nəzarətinə keçib. Dəməşqin cənub-qərbindəki Quneytra əyalətinin mərkəzini rejimdən geri alan yerli müxalifət qrupları Dəməşqin cənub-qərb çölündə irəliləməyə çalışır. Yerli müxalif qruplar Dəməşqin cənub-qərbində yerləşən Saasa həbsxanasını ələ keçirib və orada saxlanılan çoxlu sayda insanı azad ediblər.