İyun 17, 2025-19:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Muxtar Babayev: Azərbaycan COP29-un uğurla keçirilməsi üçün Qoşulmama Hərəkatına sədrlik təcrübəsindən istifadə edəcək

2024:06:20 - 11:28
in SİYASƏT
A A

Azərbaycan bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi üçün Qoşulmama Hərəkatına sədrlik təcrübəsindən istifadə edəcək.

“Report” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə iqlim fəaliyyətinə dair forumda çıxışı zamanı deyib.

“COP29-da biz ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi zamanı əldə etdiyimiz təcrübədən uğurla istifadə edə bilərik. Azərbaycan çalışır ki, bütün ölkələr qarşılıqlı maraq doğuran məsələlərlə bağlı dəstəklərini ifadə etsinlər. Bütün tərəfləri iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərə əməl etməyə çağırsınlar”, – o bildirib.

M.Babayev qeyd edib ki, 2023-cü ildə pandemiyadan sonrakı bərpaya həsr olunmuş sammit keçirilib: “COVID-19 ilə iqlim dəyişikliyinə qarşı kollektiv mübarizəmiz arasında paralellər əhəmiyyətlidir. Bu, bizə ümumi problemi həll etmək və s. üçün bütün dünya səylərini birləşdirməyin vacibliyini göstərib”.

Onun sözlərinə görə, gənclər qlobal liderlərin gələcək nəsli kimi qlobal problemlərin həlli üçün lazım olan bilikləri bölüşmək və ümumi bacarıqları inkişaf etdirmək üçün bir araya gələ bilərlər: “Bu ilin noyabrında dünya illik iqlim ilə bağlı danışıqları yekunlaşdırmaq üçün Bakıda toplaşacaq. COP29-un məqsədi inklüziv nəticələrə nail olmaqdır. Odur ki, builki danışıqlarda iqlim dəyişikliyindən ən çox təsirlənəcək gənc nəsillərin səsi mütləq eşidilməlidir”

Əvvəlki Yazı

ASA sədri: “Sığorta bazarının böyüməsi üçün islahatlara ehtiyac var”

Növbəti Yazı

Yalçın Rəfiyev: “COP29”a hazırlıqda bağlı bundan sonrakı mərhələlər üçün yol xəritəmiz hazırdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.