İyun 15, 2025-23:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Muxtar Babayev: “COP-larda əldə olunan razılaşmaları icra etmək asan deyil”

2025:06:04 - 11:47
in SİYASƏT
A A

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyalarında (COP) əldə olunan razılaşmaları icra etmək asan deyil.

“Report” xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Мuxtar Babayev 30-cu Yubiley Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə Dubay və Bakıda əldə olunan razılaşmaların icra edilməsinin vaxtı yetişib: “Son iki COP-da ölkələr böyük icra proqramı və maliyyələşdirmə barədə razılığa gəliblər. İndi bunları həyata keçirmək lazımdır. Amma hazırda ölkələr, xüsusilə donorlar böyük dilemma qarşısındadır. İnkişaf etməkdə olan ölkələrdə bu 300 milyard dollarlıq öhdəliyin həyata keçirilməsi ilə bağlı bəzi şübhələr var. Bu, əsasən dünyada hərbi sahəyə ayrılan böyük vəsaitlərlə əlaqədardır, çünki hazırda yeni çağırışlar, çoxlu münaqişələr var. 2024-2025-ci illərdə dünyada 52 münaqişə olub. Bu, rekord rəqəmdir. Bütün bu münaqişələr, müharibələr, militarizasiyaya yeni böyük maliyyə vəsaitlərinin xərclənməsinə səbəb olur”.

M.Babayev qeyd edib ki, dünyada bir tərəfdən iqlim dəyişikliyi ilə mübarizəyə dair böyük vəsait ayrılır, digər tərəfdən, istehsal prosesləri zamanı böyük miqdarda emissiyalar yaranır: “Müharibələr, münaqişələr dünya, təbiət üçün çox təhlükəlidir. Bütün bunlar böyük miqdarda emissiyalara səbəb olur. Hazırda COP-larda əldə olunan razılaşmaları icra etmək asan deyil. Lakin strategiyamız və işimiz indi iştirakçılarla aktiv müzakirələrə, donorlarla, mümkün böyük oyunçularla aktiv müzakirələrə əsaslanır ki, icra mərhələsini aktivləşdirək. Bu, çox vacibdir. Buna görə də komandamız indi ismarışlarımızı çatdırmaq, ölkələri, donorları öhdəliklərini, vədlərini yerinə yetirməyə təşviq etmək üçün hər fürsətdən istifadə edir”.

Əvvəlki Yazı

Əməkdar jurnalist İlyas Adıgözəlli vəfat edib

Növbəti Yazı

Azərbaycanda uşaqların tiktoka girişinin qadağan edilməsi təklif olunur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.