İyun 21, 2025-19:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Muxtar Babayev: COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur

2025:01:21 - 14:45
in İQTİSADİYYAT
A A

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilmiş karbon bazarları üzrə razılaşmalar “yaşıl keçid”də özəl sektorun iştirakı üçün yeni imkanlar açır.

“Report” xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dünya İqtisadi Forumunun “COP30-a gedən yol” mövzusunda sessiyasında çıxışı zamanı bildirib.

“COP29-un nəticələri bütün dünya ictimaiyyəti üçün böyük uğurdur”, – M.Babayev bildirib.

Nazir, həmçinin qeyd edib ki, COP29 komandası iqlim maliyyələşməsini artırmağa kömək edəcək proqram hazırlayıb: “Biz töhfələri 1,3 trilyon ABŞ dollarına qədər artırmaq və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankını, özəl sektoru və bütün digər maraqlı tərəfləri iqlim gündəliyinə fəal töhfə verməyə cəlb etmək üçün proqram hazırlamışıq”.

O, həmçinin vurğulayıb ki, Azərbaycan COP30 Braziliya komandası ilə sıx əməkdaşlıq etməyi planlaşdırır: “Düşünürəm ki, bu il bizi çox iş gözləyir. Bunlar yeni çağırışlardır, lakin onlar həm də mütləq istifadə etməli olduğumuz yeni imkanlar açır”.

M.Babayev əlavə edib ki, iqlim dəyişikliyinin artan təsirləri təkcə inkişaf etməkdə olan ölkələrə deyil, həm də inkişaf etmiş ölkələrə mənfi təsir göstərməkdə davam edir.

Əvvəlki Yazı

Bakıda hər həftə sonu “KOB bazar” adlı satış yarmarkası keçiriləcək

Növbəti Yazı

Azərbaycanda əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.