Sentyabr 2, 2025-3:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Muxtar Babayev: “Ölkəyə elektromobillərin idxalında artım müşahidə olunur”

2024:02:14 - 10:00
in İQTİSADİYYAT
A A

2019-cu ildən Azərbaycanda mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına vergi güzəştləri tətbiq olunandan sonra ölkəyə elektromobillərin idxalında artım müşahidə olunur.

“Report” xəbər verir ki, bunu Bakıda “Vergi sistemi yeni inkişaf dövründə: Davamlı iqtisadiyyat üçün strateji hədəflər” mövzusunda keçirilən forumda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Muxtar Babayev bildirib.

O, qeyd edib ki, 2023-cü ildə Azərbaycana 2021-ci illə müqayisədə 20 dəfə çox elektromobil idxal olunub: “Eyni zamanda bu yaxınlarda qəbul olunan köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində avtomobil sahiblərinə güzəştlər təklif etməklə yerli avtomobil istehsalı, ekoloji dayanıqlılıq və təkrar emal təşviq edilir.

“Çirkləndirən ödəyir” prinsipinə əsaslanaraq, istehsal fəaliyyəti nəticəsində təbiətə dəyə biləcək ziyan kompensasiya edilməlidir. Bir çox xarici inkişaf etmiş ölkələrdə ətraf mühitə çirkləndiricilərin atılmasına, həmçinin karbon emissiyalarının buraxılmasına görə karbon vergisi tətbiq olunur. Azərbaycanda 1992-ci ildən qüvvədə olan “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları”na 2022-ci ildə müvafiq dəyişikliklər edilib”.

“Əvvəlki ödəmə normativləri hazırkı dövrün tələblərinə tamamilə cavab vermirdi və ölkənin iqtisadi inkişafı ilə uzlaşmırdı. Yeni ödənişlərin tətbiqi müəssisələrdə ətraf mühitin mühafizəsi ilə bağlı məsuliyyət hissini artırmaqla yanaşı, çirkləndiricilərin uçotunun təmin olunmasına zəmin yaratdı. Burada əsas məqsəd müəssisələrin atılan tullantıları azadılmasına təşviq etmək və ətraf mühitə vurulan ziyana görə ödəmələr əvəzinə müəssisənin müasir texnologiyaların tətbiqinə investisiyaların qoyulmasına təşviqdir”, – deyə M.Babayev əlavə edib.

Əvvəlki Yazı

Media: İsrail qüvvələri İordan çayının qərb sahilindəki Ramallah və Qalkilya şəhərlərinə hücum edib

Növbəti Yazı

XİN: “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin həyatına təhdiddir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.