Azərbaycanda tikinti sektorunun ətraf mühitə buraxılan emissiyalarda payı 21 % təşkil edir.“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda dəyirmi masada bildirib.Onun sözlərinə görə, aviasiya və gəmiçilik sektorlarının emissiyalarda payı isə 2 % ətrafındadır.”Binalar enerji istehlakının 40 %-ni təşkil edir və bundan əlavə tikinti işləri havada böyük miqdarda toz yaradır. Bu da ürək-damar, tənəffüs xəstəliklərinə yol açır”, – deyə nazir əlavə edib.