İyul 19, 2025-18:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub

2025:07:16 - 11:48
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Nəsildən-nəslə teatr” layihəsi davam edir. Növbəti seminar Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət Mərkəzində keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən seminar “Aktyor sənəti: ənənə və müasirlik dilemması” mövzusuna həsr edilib.

Layihənin budəfəki qonağı Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyev olub.

Mərkəzin əməkdaşları Dağlar Yusifov və Nicat Həsənzadə çıxış edərək “Nəsildən-nəslə teatr” layihəsinin bölgələri də əhatə etməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu qəbildən layihələr regionda teatr sənətinə marağın artırılması ilə yanaşı, vətəndaşların sənət anlayışının, estetik zövqünün zənginləşməsinə də töhfə verir.

Xalq artisti Qabil Quliyev sənət yolu haqqında söz açıb, teatr və tamaşaçı münasibətlərindən danışıb. O, aktyor sənətinin sirləri, yaradıcılıq imkanları, tamaşaçı marağı, sənətdə klassik ənənələr və müasir baxış kimi məsələlərdən də bəhs edib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, “Nəsildən-nəslə teatr” layihəsinin məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişafına töhfə vermək, həmçinin müasir beynəlxalq sənət tendensiyalarının tətbiqi ilə sahəyə marağın artırılması və gənclərin teatra cəlb olunması ilə aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

Əvvəlki Yazı

Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq

Növbəti Yazı

Məleykə Abbaszadə: Ali məktəblərə qəbul planı 90 faizdən artıq dolacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.