Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə naftalanlı şəhid və qazi övladları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində hazırlanmış proqram əsasında Gəncə şəhərinə səfər ediblər.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bayram günlərini daha rəngarəng etmək üçün əyləncəli proqram təşkil edilib, uşaqlar “GəncLand” istirahət mərkəzində sirkdə olublar. “Yeni İl Macərası” adlı beynəlxalq sirk proqramında məşhur sirk artistləri çıxış ediblər. Bir-birindən maraqlı nömrələr uşaqların, eləcə də valideynlərin marağına və sevincinə səbəb olub.