Avqust 24, 2025-20:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Nail Mərdanov: “Azərbaycanda virtual operatorların fəaliyyətinə şərait yaradılacaq”

2024:12:04 - 16:27
in İQTİSADİYYAT
A A

Azərbaycanda yeni “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırda dövlət qurumlarında ikinci oxunuş mərhələsində razılaşdırılır.

“Report” xəbər verir, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədri Nail Mərdanov “Caspian Energy Club”ın təşkilatçılığı ilə Bakıda keçirilən I Beynəlxalq “Caspian Innovation Forum”da deyib.

N. Mərdanovun sözlərinə görə, yeni qanun layihəsi tənzimləmə mühitində bir sıra yeniliklər gətirəcək: “Azərbaycanda indiyədək tətbiq olunmayan qabaqlayıcı tədbirlər qanun layihəsinə daxil edilib. Bununla yanaşı, dövlətə məxsus bəzi məhdud resurslardan birgə istifadə imkanları yaradılacaq. Hazırkı qanunvericiliyə əsasən, bu resurslardan yalnız onların sahibləri istifadə edə bilər. Yeni layihə isə həmin resurslardan daha çox istifadəçinin faydalanmasına imkan verəcək”.

İKTA-nın rəhbəri bildirib ki, hazırda ölkədə üç mobil operator fəaliyyət göstərir: “Yeni qanun, virtual operatorların fəaliyyətinə şərait yaradaraq, onların sayının artmasına şərait yaradacaq”.

O, həmçinin vurğulayıb ki, hazırda provayderlər arasında infrastrukturun birgə istifadəsi razılaşma əsasında həyata keçirilir. N. Mərdanov əlavə edib ki, gələcəkdə bu proses qanun çərçivəsində məcburi xarakter daşıya bilər.

Əvvəlki Yazı

Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək

Növbəti Yazı

Təhlükəli qida məhsullarını istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.