Qəzza zolağında baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətin səsi daha yüksək olmalıdır. Bunu Afrika ölkəsinə səfər edən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşü açan Cənubi Afrika Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri Naledi Pandor deyib.
“Cənubi Afrika hesab edir ki, Qəzzada baş verən hadisələrlə bağlı beynəlxalq ictimaiyyətin səsi daha yüksək olmalıdır. Biz hər iki tərəfdən itkilərdən son dərəcə narahatıq”.
Bundan əvvəl Cənubi Afrika Qəzza zolağında dərhal atəşkəs əldə etməyə və mülki şəxslərə yardım göstərmək üçün humanitar dəhlizlərin açılmasına çağırıb. (Tass)