Namibiya prezidenti Hage Geingob xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Namibiya Rəyasət Heyətinin yanvarın 25-də verdiyi açıqlamada, daha əvvəl xərçəng müalicəsi alan 82 yaşlı Geingobun bədənində yenidən xərçəng hüceyrələrinin tapıldığı bildirilib.
Geingob 25 yanvar – 2 fevral tarixləri arasında ABŞ-ın Los-Anceles şəhərində xərçəng müalicəsinin bir hissəsini alıb.
2015-ci ilin mart ayında prezident vəzifəsinin başına gələn Geingobun bu il ikinci və son səlahiyyət müddətini başa vuracağı gözlənilirdi. (TRT Haber)