Namibiyanın vitse-prezidenti Nangolo Mbumba ölkənin yeni prezidenti kimi and içib. O, bazar günü xərçəngdən dünyasını dəyişən 82 yaşlı Heyq Qeynqobu əvəz edəcək. Tədbir Vindhukdakı Prezident Sarayından Namibian Sun-un X (keçmiş Twitter) səhifəsində canlı yayımlanıb.
Namibiyanın yeni prezidenti xarici işlər naziri Netumbo Nandi-Ndaitvanı vitse-prezident təyin edib. (Tass)