İyun 27, 2025-17:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Nar” Azərbaycanda turizmin inkişafını dəstəkləyir

2024:07:05 - 15:12
in İQTİSADİYYAT
A A

Ölkənin sərfəli mobil operatoru “Nar” yerli turizmin inkişafına dəstək məqsədilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıb.

“APA-Economics” xəbər verir ki, memorandum sərfəli şərtlərlə mobil xidmətlərə rahat çıxış təklif edərək turist təcrübəsini artırmaq məqsədi daşıyır. Əməkdaşlıq çərçivəsində “Nar” Azərbaycana gələn turistlərə xüsusi “Nar” nömrələri təqdim edəcək.

Memorandumun şərtlərinə əsasən, turizm sahəsində fəaliyyət göstərən agentliklər “Nar”dan bu xüsusi nömrələri sərfəli və sürətli şəkildə əldə etmək imkanından faydalanaraq turistlər üçün üstün təcrübə təmin edəcək. Müstəqil tur bələdçiləri və yerli vətəndaşlar da turistlər üçün nəzərdə tutulmuş xüsusi “Nar” nömrələrini sərfəli şərtlərlə əldə edə biləcək. Bununla turizm sahəsində çalışan agentliklər və müstəqil şəxslər xarici qonaqlarına etibarlı və sərfəli mobil xidmətlərə rahat çıxış imkanında dəstək olmaqla öz xidmətlərinə əlavə dəyər qatacaqlar.

“Nar” Azərbaycanın qeyri-neft sənayesinə töhfə verməklə turizm sektorunun inkişafını dəstəkləyir. Eyni zamanda, mobil operator Azərbaycanın bir turizm məkanı kimi təbliğinə töhfə vermək üçün turistlərin sərfəli mobil xidmətlərə asan çıxışını təmin etmək öhdəliyinə sadiqliyini vurğulayır. “Nar”ın sərfəli şərtlərlə təklif etdiyi bütün xidmət və məhsulları haqqında ətraflı məlumat üçün nar.az saytına daxil ola bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Əvvəlki Yazı

Media: İsrailli nazir Dohada danışıqlara görə Nazirlər Kabinetini dağıtmaqla hədələyib

Növbəti Yazı

Türkiyə NATO-nun terrorla mübarizədə həmrəylik nümayiş etdirməsini gözləyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.