Sentyabr 14, 2025-6:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Narkomaniya və onun fəsadları” mövzusunda seminar təşkil olunub

2024:10:30 - 16:31
in SOSİAL
A A

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü il üçün iş planına uyğun olaraq, Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə “Narkomaniya və onun fəsadları” mövzusunda seminar təşkil edilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Seminarda çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini iştirakçıların diqqətinə çatdırıb. O, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı mübarizə istiqamətində universitetdə keçirilən müxtəlif tədbir və layihələrdən danışıb.

Təhsil İnstitutunun əməkdaşı, psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova iştirakçıları dövlət qurumları tərəfindən narkotik maddələrin qanunsuz istifadəsi, yayılması və alverinə qarşı aparılan tədbirlərlə tanış edib.

Seminarda “Sevməyi seç, özünü kəşf et, tanı – beynimizdə nə baş verir?”, “Yeniyetmə yaş dövrünün psixoloji və fizioloji xüsusiyyətləri”, “Asılılıq nədir: psixoloji aspektləri və səbəbləri” və digər mövzularda müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Əvvəlki Yazı

Fiko Kiyevin BMT-nin baş katibi Quterreşi qəbul etməkdən imtinasını təhlükəli hesab edir

Növbəti Yazı

Tramp Bayden və Harrisi amerikalıları sevməməkdə ittiham edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.