NATO 1,2 milyard dollar dəyərində müqavilə əsasında təxminən 220 min artilleriya sursatı alacaq, bu müqavilənin bağlanması daha əvvəl Alyansın baş katibi Yens Stoltenberq tərəfindən açıqlanıb. Bu barədə AFP mənbəyə istinadən məlumat yayıb.
O qeyd edib ki, söhbət Ukrayna hərbçilərinin fəal şəkildə istifadə etdiyi 155 mm-lik artilleriya sursatından gedir. (Tass)