NATO-nun iki gəmisi infrastrukturun təhlükəsizliyini təmin etmək üçün Baltik dənizində patrul edəcək. Finlandiyanın xarici işlər naziri Elina Valtonen bu barədə mətbuat konfransında bildirib.
“NATO hazırda iki gəmi göndərir” deyib. “NATO-nun daha geniş iştirakı sakitləşdirici və sabitləşdirici təsirə malikdir”, – deyə Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. O, Qərbin Rusiyanın “kölgə donanması” adlandırdığı gəmilərin sualtı kritik infrastruktura təhlükə yaratdığını iddia edib.
Bundan əvvəl Finlandiya prezidenti Aleksandr Stubb alyansdan EstLink 2 enerji kabelinin zədələnməsindən sonra Baltik dənizinin kritik infrastrukturu yaxınlığında mövcudluğunu gücləndirməyi xahiş etmişdi. (Tass)