NATO-nun baş katibi Mark Rutte deyib ki, Almaniya müdafiə xərclərini artırmalı və silah istehsalını artırmalıdır.
“Onlar (almanlar ) Avropada bir nömrədir. Amma Almaniya iqtisadiyyatının böyüklüyünü nəzərə alsaq, təbii ki, onların daha çox iş görməsini istəyirik”, – Rutte Bild qəzetinə müsahibəsində deyib. Eyni zamanda o, Almaniyanın silah istehsalını artırmalı olduğunu vurğulayıb. “Almaniya hərbi xərcləri artırmalıdır, bu lazımdır”, – NATO-nun baş katibi qeyd edib.
“Almaniya daha çox xərcləməli və daha çox istehsal etməlidir” deyən o, bu məsələnin yaxın aylarda bir çox Avropa ölkəsində müzakirə mövzusu olacağını bildirib. “Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur”, – Rutte iddia edib. (Tass)