Qərb ölkələrinin tezliklə Ukraynaya təhvil verəcəyi F-16 qırıcıları ölkədəki münaqişənin gedişatını kəskin şəkildə dəyişə bilməyəcək. Bunu Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer deyib.
“Əgər kimsə bunun möcüzə silahı olduğunu düşünürsə ki, o, gələn kimi müharibənin gedişatını dəyişəcək, mən belə insanları məyus etməli olacağam” deyib. Bauer F-16-ların Ukrayna Silahlı Qüvvələrində xidmətə çıxmasından sonra Ukrayna hərbi aerodromlarının Rusiya Silahlı Qüvvələri üçün daha vacib hədəfə çevriləcəyi fikrini ifadə edib.
“Ruslar heç də axmaq deyillər və onlar üçün təhlükə yaradana zərbə vurmağa çalışacaqlar”, – admiral qeyd edib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Qərb qırıcıları üçün “digər eniş yerləri”ni, məsələn, magistral yolları nəzərdən keçirməli ola bilər.
Eyni zamanda, Bauer Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün F-16-dan istifadəyə icazə alıb-almayacağı sualına cavab verməyib. O qeyd edib ki, bu məsələni Ukraynanı təyyarə ilə təmin edən ölkələr həll etməlidir. (Tass)