NATO-nun müdafiə nazirləri Ukraynaya silah tədarükünə nəzarətin alyansa verilməsi planı ilə bağlı razılığa gəliblər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Biz NATO-nun yardım və təlimi necə idarə edəcəyini müəyyən edən plan üzərində razılaşdıq. Bu, iyulda keçiriləcək sammitdə bu istiqamətdə səylərə başlamağa imkan verəcək”, – o deyib.
Stoltenberqin sözlərinə görə, Ukraynaya silah tədarükünün koordinasiyası NATO-nun Visbadendəki strukturları tərəfindən həyata keçiriləcək. (Tass)