İsraildəki müharibə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin oktyabrın 11-12-də keçirilməsi planlaşdırılan görüşündə müzakirə olunacaq, lakin bu hələ görüşün rəsmi gündəliyinə daxil edilməyib. Bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə məlumat verib.
“Biz gözləyirik ki, bir neçə müttəfiq [NATO üzvü olan ölkələr], ilk növbədə ABŞ İsraildə müharibə mövzusunu qaldıracaq.Hazırda NATO-nun iclasda təmsil olunmadığı üçün bu, iclasın gündəliyinə daxil edilməyib. Amma təbii ki, müzakirə ediləcək” deyib.
Mənbə bildirib ki, İsraildəki vəziyyət oktyabrın 11-də Brüsseldə Ukraynaya silah tədarükü üzrə təmas qrupunun görüşünə təsir etməyəcək. (Tass)