Belarusda keçirilən “Zapad-2025” təlimlərini NATO-ya üzv üç ölkə də daxil olmaqla 23 ölkənin nümayəndəsi izləyir. Bu barədə jurnalistlərə Belarus Müdafiə Nazirliyindən məlumat verilib.
“Bu gün “Zapad-2025” birgə strateji təliminin qoşunlarının praktiki hərəkətlərinin monitorinqində aşağıdakılar iştirak edir: 23 dövlətin, o cümlədən üç NATO üzvü ölkə (ABŞ, Türkiyə, Macarıstan), üç beynəlxalq təşkilatın (Birlik Dövləti, KTMT, MDB), ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin (VİHM) nümayəndəsi (Vithna10), Xarici dövlətlərin 17 hərbi-diplomatik nümayəndəliyi (Azərbaycan, Macarıstan, Vyetnam, İran, Qazaxıstan, Çin, Kuba, Rusiya, Serbiya, ABŞ, Sudan, Türkmənistan, Türkiyə, Zambiya, Zimbabve, Peru, İndoneziya)”.