Müttəfiqlərin Avropadakı keçmiş Ali Baş Komandanı admiral Ceyms Stavridis hesab edir ki, indi alyansın ABŞ-ın iştirakı olmadan davam etməsinin mümkünlüyünü qiymətləndirməyin vaxtı çatıb. Bu barədə o, Bloomberg üçün köşə yazısında yazıb.
“ABŞ Prezidenti Donald Trampın ikinci müddətinin əvvəlində Vaşinqton və Avropadan çıxan hörmətli ittifaqla bağlı şübhə və getdikcə daha çox bölücü ritorika axınını nəzərə alsaq, ABŞ [NATO]-nu tərk edərsə, dünyanın geosiyasi baxımdan necə görünəcəyi barədə düşünməyin vaxtıdır”, Stavridis bildirib.
Onun sözlərinə görə, ABŞ-da Respublikaçılar Partiyası daxilində ölkənin alyansdan çıxmasını müdafiə edən təcridçi qüvvələrin təsiri artır. Bununla yanaşı, Avropada Vaşinqtonun münaqişə baş verəcəyi təqdirdə NATO öhdəliklərini yerinə yetirib-yetirməyəcəyi ilə bağlı şübhələr artır. Əgər ABŞ təcridçilərin təzyiqi altında öz qoşunlarını Avropadan çıxararsa və ya alyansı maliyyələşdirməyi dayandırarsa, “NATO dağılacaq”, Stavridis vurğulayır.
Bu şəraitdə Avropa NATO ölkələri müdafiə məsələlərində öz müstəqilliklərini və muxtariyyətlərini təmin etmək zərurətindən getdikcə daha çox danışırlar. Keçmiş baş komandanın sözlərinə görə, ABŞ alyansdan çıxsa, onun yerinə Kanadanın da qoşula biləcəyi alternativ Avropa Müqaviləsi Təşkilatı yaradıla bilər. Belə olan halda Avropa müdafiə xərclərini, xüsusən də hərbi-hava qüvvələrinin inkişafına, Fransa və Böyük Britaniyanın nüvə potensialını artıracaq, Ukraynaya dəstəyi gücləndirəcək, Avropanın xarici siyasəti Vaşinqtonun maraqlarından ayrılacaq. (Tass)