NATO-nun baş katibi Mark Rutte Ukraynanın döyüş meydanında vəziyyəti ağır adlandırıb və Ukraynanın qalib gələ biləcəyi sualına cavab vermədən rus qoşunlarının irəlilədiyini etiraf edib.
Alyansın Brüsseldəki mənzil-qərargahında keçirilən ilk mətbuat konfransında o, “Rusiya qüvvələri məhdud irəliləyiş əldə etdiyi üçün döyüş meydanında vəziyyət çətin olaraq qalır” dedi. Lakin o, Ukraynanın qələbəyə yaxınlaşıb-yaxınmadığı sualına birbaşa cavab verməyib. (Tass)