Müxalifət lideri Aleksey Navalnının Rusiyanın “Qütb canavarı” koloniyasında ölümü ilə bağlı bütün faktlar müəyyən edilməlidir, NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Rusiya Federasiyası “ciddi suallara” cavab verməlidir.
“Heç bir məlumat olmasa da, bütün faktlar müəyyən edilməlidir. Rusiya bütün faktları ortaya qoymalı və çox ciddi suallara cavab verməlidir”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransı zamanı deyib. (Lenta.ru)