İyul 12, 2025-16:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

NATO-nun Soyuq Müharibədən bəri ən böyük hərbi təlimi başlayıb

2024:01:25 - 1:12
in DÜNYA
A A

NATO-nun Soyuq Müharibədən sonrakı ən böyük hərbi təlimi “Sarsılmaz Müdafiəçi 2024” başlayıb.

NATO-dan verilən açıqlamada ABŞ-a məxsus “USS Gunston Hall” dok desant gəmisinin Virciniya əyalətindəki Norfolkdan yola düşdüyü və bir sıra əməliyyatlardan sonra Atlantik okeanının o biri sahilinə çatacağı bildirilib.

Açıqlamada HMCS Charlottetown freqatının da təlim çərçivəsində Kanadanın Yeni Şotlandiya əyalətinin Halifax şəhərindən Avropaya yola düşəcəyi və Alyansın qüvvələrini hərəkət etdirərək Avro-Atlantik bölgəni gücləndirmək qabiliyyətini nümayiş etdirəcəyi bildirilib. 

NATO Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) General Kristofer Kavoli deyib ki, “Sarsılmaz Müdafiəçi 2024” təlimi bizim birliyimizin, gücümüzün və bir-birimizi qorumaq əzmimizin, dəyərlərimiz və qaydalara əsaslanan beynəlxalq etimadımızın bariz nümayişi olacaq”.

31 NATO üzvü və namizəd ölkə İsveçdən təxminən 90 min əsgərin qatılacağı təlimin may ayının sonuna qədər davam edəcəyi açıqlanıb. 

NATO-nun Soyuq Müharibə dövründə sonuncu böyük təlimi 1988-ci ildə 125 min  iştirakçı ilə keçirilən “REFORGER” təlimi olub. (TRT Haber)

Əvvəlki Yazı

Yəməndə husi üsyançıları ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə qarşı hərbi əməliyyat elan ediblər

Növbəti Yazı

Media: İsrail Misiri Netanyahu və əs-Sisi arasında danışıq aparmağa razılaşdıra bilmədi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.