NATO-ya üzv ölkələr nüvə silahının hazır vəziyyətə salınması zərurəti ilə bağlı məsləhətləşmələrə başlayıb. Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzetinə müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq bildirib.
“Mən nə qədər nüvə başlığının işlək olması və onların necə saxlanması barədə əməliyyat təfərrüatlarına varmayacağam, lakin bu məsələlərlə bağlı məsləhətləşmələr aparmalıyıq. Biz məhz bunu edirik” deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı şəffaflıq NATO-nun “nüvə ittifaqı” olduğuna dair “aydın mesaj göndərməyə kömək edir”.
“NATO-nun məqsədi nüvə silahı olmayan bir dünyaya sahib olmaqdır, lakin nüvə silahı olduğu müddətdə biz nüvə ittifaqı olaraq qalacağıq, çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu və NATO-nun olmadığı dünya təhlükəli dünyadır. “- Stoltenberq qeyd edib. (Tass)