Bir sıra NATO ölkələri “Şərq qalxanı” layihəsi çərçivəsində Polşaya Rusiya Federasiyası və Belarusla sərhəddə istehkam xəttinin tikintisinə dəstək vermək niyyətindədir. Bu barədə jurnalistlərə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
Polşanın müdafiə departamentinin rəhbəri TVP Info tərəfindən yayımlanan mətbuat konfransında deyib : “Biz istehkamların inşasında ilk dəstək bəyanatlarını NATO tərəfdaşlarımızdan almışıq”. Kosinyak-Kamış konkret hansı ölkələrin müzakirə olunduğunu açıqlamayıb. Nazir qeyd edib ki, Varşava həmçinin Avropa İttifaqından “Şərq Qalxanı” layihəsinə maliyyə dəstəyi gözləyir.
Şərq Qalxanı proqramı ilk dəfə mayın əvvəlində Polşanın baş naziri Donald Tusk tərəfindən elan edilib. Polşa Müdafiə Nazirliyinin məlumatına görə, hakimiyyət 2028-ci ilə qədər sərhəddə istehkam xəttinin tikintisini başa çatdırmaq niyyətindədir. İşin dəyəri 10 milyard zloti (təxminən 2,5 milyard dollar) təşkil edəcək. Birbaşa sərhəd zonasında tank əleyhinə xəndəklərin və mina sahələrinin yaradılması, həmçinin tank əleyhinə kirpilərin quraşdırılması planlaşdırılır. (Tass)