Qərb ölkələri istehsalın yavaş artması fonunda Ukraynaya silah tədarükünü demək olar ki, tükəndirib. Bu sözləri NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer çərşənbə axşamı onlayn yayımlanan Varşava Təhlükəsizlik Forumunda deyib.
“Hətta müharibənin [Ukraynadakı münaqişə] başlamasından yeddi il əvvəl [hərbi sektorun] maliyyələşdirilməsi artdı, lakin istehsal gücü artmadı. Biz Avropada yarı boş anbarlardan tədarüklərə başladıq.İndi “barelin dibi” artıq görünür”,-deyə Bauer qeyd edib.
NATO Hərbi Komitəsinin rəhbəri Qərb ölkələrini silah istehsalını artırmağa çağırıb və münaqişə zamanı hərbi təchizata hazır olmayan Qərb ölkələrinin iqtisadiyyatının modernləşdirilməsinin vacibliyini vurğulayıb.
(Tass)