Alyansın baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının xarici işlər nazirləri səviyyəsində iclasının yekunlarına dair mətbuat konfransında bildirib ki, NATO və Ukrayna 2024-cü il üçün enerji təhlükəsizliyi və Ukrayna Silahlı Qüvvələrinin təlimini əhatə edən əməkdaşlıq proqramı qəbul edib.
“Biz 2024-cü il üçün geniş əməkdaşlıq proqramı imzalamışıq, bu proqrama enerji təhlükəsizliyi, Ukrayna və NATO qüvvələrinin uyğunluğunun artırılması üzrə əməkdaşlıq daxildir”, – Stoltenberq bildirib. Onun sözlərinə görə, görüşdə tərəflər Kiyevin alyansa yaxınlaşmaq üçün həyata keçirməli olduğu islahatları, o cümlədən “hərbi təchizat sistemində islahatları və kəşfiyyat xidmətlərində islahatları” müzakirə ediblər. (Tass)