NATO xarici işlər nazirləri aprelin 3-4-də Brüsseldə planlaşdırılan görüş keçirəcək. Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“NATO xarici işlər nazirləri aprelin 3-4-də Brüsseldə görüşəcək. İclasa NATO-nun baş katibi Mark Rutte sədrlik edəcək”, – mətbuat xidmətindən bildirilib.
Danışıqların gündəliyi hələ ki, açıqlanmayıb.