İyun 17, 2025-15:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Naxçıvan Ali Məclisinin rəhbəri 94 hüquqi aktı ləğv edib        

2024:12:20 - 13:18
in SİYASƏT
A A

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin rəhbəri tərəfindən qəbul edilmiş 94 hüquqi akt ləğv edilib.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Naxçıvanda keçirilən “Azərbaycanın dövlət və hüquq tarixində Naxçıvan” mövzusunda elmi-praktik konfransdakı çıxışında muxtar respublikada Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.

Onun sözlərinə görə, Prezidentin tapşırıqlarına uyğun olaraq, 2023-cü ilin yanvar ayından etibarən Naxçıvan MR-da məhkəmələrin fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, Ali Məhkəmədə kadr islahatları aparılıb.

Qeyd olunub ki, 2023-cü ildə və 2024-cü ilin 11 ayında vaxtilə hüquqları pozulmuş sakinlər tərəfindən kompensasiya tələbi ilə Naxçıvan MR İnzibati Məhkəməsinin icraatına 1308 iş daxil olub. Onlardan 683 iş üzrə iddia tələbi cavabdeh orqanlar tərəfindən təmin edildiyindən, 258 iş iddiaçılar tərəfindən iddia ərizələri geri götürüldüyündən icraatına xitam verilib, 66 iş mülkiyyət sənədləri olmadığından mümkün sayılmayıb, 301 iş isə hazırda icraatdadır.

F.Nəcəfli bildirib ki, son iki ildə Naxçıvan MR Ali Məclisi rəhbəri tərəfindən qəbul edilmiş 106 hüquqi akta əsasən, vaxtilə qanunvericilik normalarına zidd olaraq təsdiq edilmiş 94 hüquqi akt ləğv edilib, 135 hüquqi aktda isə dəyişikliklər aparılıb.

Əvvəlki Yazı

İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib

Növbəti Yazı

Baş Prokurorluğa yeni səlahiyyət verilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.