İyun 19, 2025-13:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Naxçıvan Ali Məclisinin Zəfər Gününə həsr olunan iclası keçirilib 

2023:11:07 - 18:00
in SİYASƏT
A A
Noyabrın 7 də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının Zəfər Gününə həsr olunmuş iclası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər müzakirə olunub:

– Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatı,

– Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin təsdiq edilməsi,

– Cari məsələlər

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələnin müzakirəsi zamanı qeyd edib ki, Zəfərimizin üçüncü ildönümü Xankəndidə hərbi paradla qeyd olunacaq: “Bu tarixi günü Azərbaycan xalqına bağışlayan möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə daim minnətdarıq”.

Qərara alınıb ki, siyasi qurum olaraq Ali Məclis də bu məsələyə münasibət bildirsin.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Ali Məclisin deputatları – Aidə Cəlilzadə, Elman Cəfərli, Yeganə Məmmədova, Nüsrət Həsənov, Vüqar Abbasov və İsa Məmmədov çıxış ediblər.

Ali Məclis sədrinin müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı bildirib ki, Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatının layihəsi hazırlanıb.

Ali Məclisin deputatı Vüsalə Əliyevaya Zəfər Gününün ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatını səsləndirib.

Bəyanat səsə qoyularaq qəbul edilib.

Gündəlikdə duran ikinci məsələnin müzakirəsi zamanı Anar İbrahimov qeyd edib ki, cari ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasında struktur islahatlarına start verilib. Struktur islahatları müxtəlif sahələri əhatə edib və bu prosesin məqsədi müxtəlif sahələrdə idarəetmənin optimallaşdırılması, mərkəzi strukturlara uyğunlaşdırmaq, səmərəliliyin artırılması və pərakəndəliyin aradan qaldırılması olub. Artıq müxtəlif sektorlarda bu proseslər başlanılıb və davam etdirilməkdədir.

Daha sonra Nəsirov Səfəralı Üzeyir oğlunun Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təsdiq edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi səsə qoyulub, Nəsirov Səfəralı Üzeyir oğlu Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təsdiq edilib.

İclasda verilən təkliflər aidiyyəti qurumlara göndərilmək üçün qeydə alınıb.

Əvvəlki Yazı

Ramin Məmmədov: Azərbaycana Qərbdə də, Şərqdə də böyük inam və etimad var

Növbəti Yazı

Media: Həmas Siyasi Bürosunun rəhbəri Haniyə Ərdoğanla görüşmək üçün Türkiyəyə gəlib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.