Avqust 11, 2025-16:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Naxçıvan məhsulları “Azexport” portalı vasitəsilə daha geniş bazarlara çıxış əldə edəcək

2024:05:20 - 14:41
in İQTİSADİYYAT
A A

Naxçıvanla bağlı sahibkarlarla kiçik qruplar formalaşdırıb işləməyi planlaşdırırıq. Çünki burada qənnadı, tikinti, mebel və digər məhsullar istehsal edən müəssisələr mövcuddur. Düşünürük ki, bunların qrup halında fəaliyyətini təşkil edib xarici bazarlara çıxış imkanını birgə reallaşdıra bilərik.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Azexport” portalının rəhbəri Ayxan Qədəşov söyləyib.

O deyib: “Naxçıvan Muxtar Respublikasının yerləşdiyi coğrafi mövqe bizə imkan verir ki, burada fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi keyfiyyətli məhsulları geniş bazarlara daha rahat şəkildə çıxaraq. Belə ki, logistik baxımdan Naxçıvanın Avropa ölkələrinə, həmçinin açıq dənizlərə çıxışı daha rahatdır. Bu baxımdan düşünürəm ki, burada istehsal olunan məhsulların həm keyfiyyət, həm də logistika baxımından xarici bazarlar üçün potensialı genişdir. Bu istiqamətdə sahibkarlarla birgə əməkdaşlığı təmin edəcəyik. İnanırıq ki, tezliklə Naxçıvanda istehsal olunan məhsulların “Azexport” portalı vasitəsilə daha geniş bazarlara çıxışı təmin olunacaq”.

Portalın rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının bütün bölgələrində sahibkarların xarici bazarlara yeni, daha müasir vasitələrlə çıxış imkanlarının artırılması üçün müxtəlif təlim, tədbir və görüşlər keçirilir. Artıq Naxçıvanda da bu istiqamət üzrə bir qrup sahibkarla görüş reallaşdırılıb. Sahibkarlara ixrac üçün tələb olunan sənədlər, xarici bazarlara çıxmaq yolları, elektron ticarət imkanları barədə məumatlar verilib. “Azexport”la yanaşı, “Amazon”, “eBay” “Alibaba” və digər portalların iş prinsipləri haqqında ilkin informasiyalar təqdim olunub.

Əvvəlki Yazı

Livanın cənubunda İsrailin hava hücumu nəticəsində dörd Hizbullah döyüşçüsü öldürülüb

Növbəti Yazı

Helikopterin qalıqlarını tapan Akıncı İranda panika yaradıb: Raketlərimizin yeri məlum oldu

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.