İyun 14, 2025-5:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi qeyd olunub

2025:06:03 - 16:16
in MƏDƏNİYYƏT
A A

Naxçıvan Muxtar Respublikası Bəhruz Kəngərli adına Sərgi Salonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyinə həsr olunmuş sərgi-konsert təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Rəssamlar Birliyi və Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva qeyd edib ki, Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kolleci özünün 50 illik yubileyini böyük təntənə ilə qeyd edir. Kollec regionun mədəni həyatında xüsusi yer tutur, bu elm və sənət ocağı qədim diyarın musiqi zövqünün formalaşmasında, eyni zamanda, peşəkar musiqiçilərin yetişdirilməsində mühüm rol oynayır. Kollecin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaranma tarixi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Əməkdar rəssam vurğulayıb ki, bu cür tədbirlər Naxçıvanın zəngin mədəni irsinin yaşadılmasına və yeni nəslin estetik tərbiyəsinə böyük töhfə verir. Yubiley tədbiri bir daha sübut edir ki, Naxçıvan Musiqi Kolleci təkcə bir təhsil müəssisəsi deyil, həm də milli musiqi mədəniyyətimizin mühüm dayaqlarından biridir.

Rəssamlar Birliyinin sədri Naxçıvan Musiqi Kollecinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, kollecin rəhbərliyinə, tələbələrə, orkestrin rəhbəri və musiqiçilərinə təşəkkürnamələr təqdim edib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən Seyidov bildirib ki, Musiqi Kolleci onun üçün də doğmadır. “Əmək fəaliyyətimin 20 ilə yaxın dövrü tələbəlik və pedoqoji fəaliyyətdən keçib. Bir çox peşəkar musiqiçi bu kollecdə təhsil alıb və musiqi sənətini ölkəmizdə, eləcə də ondan kənarda yaşatmaqla məşğuldur. Bu gün kollecdə çalışan hər bir müəllimin zəhməti çox böyükdür”, – deyə nazir müavini əlavə edib.

Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Musiqi Kollecinin uğurlu fəaliyyətindən söz açıb. Qeyd edib ki, kollecin 4 mindən çox məzunu olub, bu məzunların bir çoxu fəxri adlarla təltif edilib, elmi dərəcələr alıb, yüksək vəzifələrdə işlə təmin olunublar. Yarım əsrlik fəaliyyəti dövründə məktəb özünəməxsus tədris ənənələri, yaradıcı kollektivləri, elmi və ifaçılıq uğurları ilə seçilərək, Azərbaycanın musiqi təhsilində layiqli yerini tutub.

Sonra Musiqi Kollecinin rəhbərliyinə 50 illik təbrik və orada dərs deyən bir neçə müəllim və istedadlı tələbəyə təşəkkürnamələr təqdim olunub.

Tədbirdə kollecin tərkibində fəaliyyət göstərən orkestrin müşayiəti ilə mahnılar səsləndirlib.

Sonda kollecin tələbələrinin çəkdiyi rəsm işlərinə baxış olub. Sərgidə 17 tələbənin müxtəlif janrlarda 70-ə yaxın rəsm əsəri nümayiş etdirilib.

Əvvəlki Yazı

Azərbaycan ilk dəfə olaraq Türkmənistana elektrod ixracına başladı

Növbəti Yazı

Azərbaycanda tütün sahələrinin sığortası başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.