Mart 27, 2026-0:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Naxçıvanda 32 kəhrizdə təmir işləri aparılıb

2026:03:26 - 14:54
in İQTİSADİYYAT
A A
Naxçıvan Muxtar Respublikasında qədim su təminatı sistemlərindən olan kəhrizlərin qorunması və bərpası istiqamətində işlər aparılır.

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, hazırda qurumun qeydiyyatında 389 kəhriz mövcuddur.

Ötən il ərzində kəhrizlərin istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ordubad rayonunda 8, Kəngərli rayonunda 21, Şahbuz rayonunda 1, Naxçıvan şəhərində isə 2 olmaqla, ümumilikdə 32 kəhrizdə cari təmir işləri aparılıb.

Hesabat dövründə 32 kəhrizdə ümumilikdə 4 161 metr kürə lil və bərk çöküntülərdən təmizlənib, 43 metr uzunluğunda saybənd hörülüb. Bundan əlavə, 3 quyuda çökmüş hissələr bərpa olunub, 2 yeni quyu qazılıb.

Bu ilin ötən dövründə isə Kəngərli rayonunda 4 kəhrizdə cari təmir işləri başa çatdırılıb, Ordubad rayonunda isə 1 kəhrizdə işlər hazırda davam edir. Bu müddətdə 223 metr kürə lildən təmizlənib, 2 metr yeni kürə qazılıb.

Həmçinin yanvarda 6 metr dərinliyində 1 quyu qazılıb, daha bir yeni quyuda fevral ayından başlanan qazma işləri hazırda davam etdirilir.

Əvvəlki Yazı

Keçmiş təmas xəttində mina partlayıb, Ağdam sakini xəsarət alıb

Növbəti Yazı

Tramp İran ətrafındakı münaqişəni niyə müharibə adlandırmadığını izah edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.