Naxçıvan şəhərində genişmiqyaslı yaşayış kompleksinin tikintisi üçün layihələndirmə işlərinə start verilir.
AZƏRTAC-ın bölgə müxbiri dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Mida” MMC bu məqsədlə müvafiq müsabiqə elan edib.
Layihə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 hektar torpaq sahəsini əhatə edəcək. Layihənin əsas məqsədi müasir və komfortlu yaşayış şəraitinə malik kompleksin inşasını təmin etməkdir.
Layihənin icrası çərçivəsində müasir standartlara cavab verən mənzillərin, sosial infrastruktur obyektlərinin və abadlaşdırılmış ərazilərin yaradılması nəzərdə tutulur.