İyun 14, 2025-23:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Naxçıvanda arxeoloji qazıntı aparılıb, 10 nəfərə yaxın insanın qalıqları aşkarlanıb

2025:06:03 - 18:00
in MƏDƏNİYYƏT
A A

Xaraba Gilanda arxeoloji qazıntı işləri aparılır.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, ərazidəki tədqiqat işlərini Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Xaraba Gilan arxeoloji ekspedisiyası həyata keçirir.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri, dosent Bəhlul İbrahimlinin rəhbərliyi ilə müstəqilliyin bərpasından sonra ərazidə dəfələrlə araşdırma işləri aparılıb, abidə dərin tədqiqata cəlb olunub. Xaraba Gilan arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji tədqiqatların ən mühüm nəticələrindən biri kimi, Naxçıvanın ilkin orta əsrlər dövrü tarixinə aid tapıntıları aşkara çıxarılıb.
Bu barədə jurnalistlərə açıqlama verən Bəlul İbrahimli bildirib ki, hazırda ikinci memorial kompleksdə qazıntı işləri aparılır: “Birinci memorial kompleksdə 30-a qədər türbə var. Onların hamısı daşdan işlənmiş türbələrdir, hər birinin sərdabələri var. Sərdabələrdən yalnız ikisinin yuxarısı hissəsi bişmiş kərpicdən işlənilib. Türbələrin divarlarının kürsülüyü qalmasa da onları müqayisə edib təqribi hündürlüyünü deyə bilirik. Birinci memorial kompleksdəki türbələrdən biri 8 bucaqlıdır. Möminəxatun türbəsi isə 10 bucaqlıdır. Bu türbə də eynilə Möminəxatunda olan naxışlar, ornamentlər olub. Memarlar da təsdiq edir ki, bu abidə Əcəmi Əbubəkr oğlu tərəfindən işlənib. İkinci türbə kubşəkillidir. Çox maraqlı məqam ondan ibarətdir ki, Xaraba Gilan ərazisindəki türbələrdən təkcə biri qülləvaridir. Bilirsiniz, memarlar arasında belə fikir var ki, Azərbaycanda, Cənubi Qafqazda, Urmiya ətrafındakı memorial türbələrin əksəriyyəti qülləvaridir. Ancaq Xaraba Gilanda aparılan tədqiqatlar göstərir ki, bu ərazidə yerləşən 40-a qədər türbədən yalnız biri bu tiplidi”.

Bəhlul İbrahimli qeyd edib ki, mənbələrdə Nəsrəddin Tusinin atasının əslən buralı olduğu deyilir: “Alimin atası “Cəhrudi” ləqəbi ilə tanınıb, Cəhridən olduğu bildirilir. Sadəcə Tus şəhərinə oxumağa gedib və qayıdanda da bu ərazidə yaşayıb, burada torpaqları olub”.

AMEA Antropologiya şöbəsinin elmi işçisi Ülkər Allahverdiyeva qeyd edib ki, burada apardıqları tədqiqatlar nəticəsində sərdabənin üst qatından bir çox insan skeleti, qalıqları tapılıb: “Ancaq sərdabə daha əvvəl dağıdıldığından bütün bu skelet parçaları pərakəndə halında idi. Nəhayət ki, tabutların səviyyəsinə çatanda məlum oldu ki, burada altda anatomik skeletlər mövcuddur. Hardasa üstdən 10 nəfərə yaxın insanın qalığını aşkarladıq. Ancaq hazırda açdığımız bu kiçik hissədə isə 5 insan qalığı müəyyənləşdirmişik. Onlar kəfənə bürünüb, hətta birincinin altına 3 dönə döşək qoyulub. Bundan başqa müəyyən olunub ki, ikinci insan qalığının üzərində paltar da var. Bu nadir rast gəlinən haldır. Aparılacaq əlavə tədqiqatlarla bu insanların yaşı, cinsi, xəstəliyi, ölüm yaşı müəyyən olunacaq”.

Əvvəlki Yazı

Abşeronda 29 yaşlı qadın narkotiklə tutulub 

Növbəti Yazı

Tramp Ukraynada hərbi əməliyyatların davam etməsini istəmir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.