May 10, 2025-6:18
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Naxçıvanda Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib

2023:09:29 - 15:10
in SİYASƏT
A A

Naxçıvanda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.

“Report”a daxil olan məlumata görə, görüşdə enerji əməkdaşlığının gündəliyində olan məsələlər müzakirə edilib, birgə enerji layihələrinin region və Avropa miqyasında enerji təhlükəsizliyindəki rolundan bəhs edilib, İğdır-Naxçıvan qaz kəmərinin və Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracının reallaşdırılmasının Azərbaycan-Türkiyə enerji tərəfdaşlığını daha da möhkəmləndirəcəyi qeyd edilib. Bu məqsədlə də layihələrin sürətləndirilməsinin vacibliyi vurğulanıb və Türkiyə üzərindən qazın Naxçıvana nəqlinin ilin sonuna planlaşdırıldığı bildirilib.

Həmçinin “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) və “Azərenerji” ASC arasında əlaqələlərin gücləndirilməsinin zəruriliyi qeyd edilib. Görüşdə Avropaya əlavə qaz tədarükü istiqamətində SOCAR və BOTAŞ-ın birgə fəaliyyəti müzakirə edilib. Söhbət zamanı “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında energetika sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında müqavilə” nin, eləcə də Bakı şəhərində yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsinin imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Hər iki ölkə nazirlərinin və Enerji Forumu çərçivəsində fəaliyyət göstərən 6 İşçi qrupunun rəhbərlərinin iştirakı ilə də görüş keçirilib. Görüşdə karbohidrogen və neft-kimya məhsulları, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması və ötürülməsi, tənzimləmə, bərpa olunan enerji və mədənçilik istiqamətləri üzrə birgə İşçi qruplarının hesabatları dinlənilib. Əməkdaşlıq imkanları dəyərləndirilib və yeni istiqamətlər üzrə atılacaq addımlar müəyyənləşdirilib.

Əvvəlki Yazı

Peskov: Rusiya sülhməramlılarının Azərbaycan ərazisində işləməsi Bakı ilə müzakirə mövzusu olacaq

Növbəti Yazı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Sərsəng su anbarına nəzarət etməyə başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.