

Sonra Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının sədri Arif Rəhimzadə və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda çıxış ediblər.Konfrans Naxçıvan Televiziyasının təqdim etdiyi “14 iyul Zirvəsi” adlı sənədli filmin nümayişi ilə başa çatıb. Filmdə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə milli dövlətçiliyin yaradılması və gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs edən arxiv materialları, çıxışları təqdim olunub.