İyun 13, 2025-20:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Naxçıvanda ilk dəfə vergi könüllüləri fəaliyyət göstərəcək

2023:11:22 - 13:00
in İQTİSADİYYAT
A A

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq, ilk dəfə könüllü gənclər Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində fəaliyyətə başlayacaqlar.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, xidmət mərkəzində 4 könüllü gənclə görüş keçirilib.

“Ölkədə yaradılan könüllülük ənənəsinin dövlət vergi orqanlarında tətbiqinin davamı olaraq, biz də bu potensialdan istifadə etmək qərarına gəldik. Layihənin daha bir məqsədi gənc kadrların vergi orqanlarında təcrübə toplamasına və gələcəkdə bu sahədə işləmək arzularını reallaşdıra bilmələrinə kömək etməkdir”, – görüşdə Xidmətin rəisi Abbas İsmayılov bildirib.

Könüllülər vətəndaşların qarşılanması, növbə aparatlarından istifadə qaydalarının izah olunması, mövcud xidmətlər barədə məlumatların verilməsi, əlillərin daha asan xidmət almasına dəstək və onlara qayğı göstərilməsi, ərizələrin doldurulmasına kömək göstərilməsi, mərkəzdə ən çox müraciət olunan elektron xidmətlərin təmini, vətəndaşların məmnunluğunun öyrənilməsi və digər zəruri sorğuların keçirilməsi ilə məşğul olacaqlar. Bunun üçün onlar öncədən təlimatlandırılacaqlar. İki ay müddətinə bağlanmış müqavilə əsasında fəaliyyət göstərəcək könüllülərin işinin sonda qiymətləndirilməsi və onlara sertifikatların təqdim edilməsi nəzərdə tutulub. Gələcəkdə Şərur, Babək və Ordubad şəhərlərində istifadəyə veriləcək xidmət mərkəzlərində də belə bir fəaliyyətin təşkil olunması planlaşdırılır.

Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində könüllü kimi çalışmaq üçün ilkin mərhələdə muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla əlaqədar 13.07.2023-cü il tarixdə elan olunmuş müsabiqədə iştirak etmiş şəxslər arasından 4 nəfər gənc seçilib.

Əvvəlki Yazı

AMEA-nın əməkdaşları “Vikipediya”da məqalələrin yaradılmasında fəal iştirak edirlər

Növbəti Yazı

Azərbaycan müdafiə nazirinin müavinləri Gürcüstana gedib, hərbi əməkdaşlığı müzakirə ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.