İyun 14, 2025-7:55
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Naxçıvanda kütləvi qida zəhərlənməsinin baş verdiyi dönərxana bağlanıb

2025:06:09 - 13:36
in HADİSƏ
A A

İyunun 9-da “Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzi” Publik Hüquqi Şəxsindən Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən “Kassap Dönər”də 17 nəfərin kütləvi qida zəhərlənməsinə məruz qalması ilə bağlı məlumat daxil olub. Bununla bağlı təxirəsalınmaz tədbirlər görülüb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Nümunələr seçilərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qida zəncirinə nəzarət şöbəsinin müdiri Orxan Orucov deyib.

O bildirib ki, zəhərlənmə məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər. Hazırda bu istiqamətdə araşdırma davam etdirilir, ət, sous, ketçup və moyanezlərdən nümunələr seçilərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul edilib. Aparılan müşahidələr belə deməyə əsas verir ki, istifadə olunan moyanez, ketçup və digər sousların müvafiq temperaturda saxlanmaması, gigiyenik qaydaların pozulması bu kimi arzuolunmaz hadisələrə səbəb olur.

“Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilin istənilən fəslində maarifləndirmə işləri aparır. Xüsusən də yay aylarında təkcə dönər məhsulları deyil, eləcə də dondurma, bostan, balıq, ət və süd məhsulları ilə bağlı bütün qida obyektlərinə maarifləndirici bildirişlər, məktublar təqdim etmişik. Kütləvi informasiya vasitələri ilə də maarifləndirici məlumatlar paylaşılıb, eləcə də Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təlimlər keçirilib. Bu kimi işlər bundan sonra da davam etdiriləcək”, – deyə Orxan Orucov əlavə edib.

Əvvəlki Yazı

Paytaxtda ticarət dövriyyəsinin həcmi 5 %-ə yaxın artıb

Növbəti Yazı

Peskov: Rusiya NATO-nun öz sərhədləri yaxınlığında təcavüzkar hərəkətlərinə cavab verməlidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.