İyul 17, 2025-1:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvanda media nümayəndələri arasında intellekt yarışı keçirilib

2025:07:10 - 17:42
in SOSİAL
A A

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Media-aktiv” layihəsinin icrasına başlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iyulun 10-u Naxçıvan Şahmat Mərkəzində layihənin ilk tədbiri – media nümayəndələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Tədbirdə nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva iştirakçıları milli mətbuatın 150 illiyi münasibətilə təbrik edib, intellekt mübarizəsində uğurlar arzulayıb.

İki turdan ibarət yarışmada 11 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Ümumilikdə, 32 sual səsləndirilib, doğru cavablar 1 xal ilə qiymətləndirilib. Nəticələrə əsasən “Sosial Press” komandası yarışmanın qalibi olub. “Əkinçi” və “İrşad” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə sahib çıxıblar.

Layihənin proqramına uyğun olaraq qarşıdakı günlərdə stolüstü tennis, şahmat və futzal yarışları keçiriləcək. İyulun 21-i isə mükafatlandırma tədbiri təşkil olunacaq.

Layihə media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təbliği, dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, milli mətbuatın 150 illiyinin qeyd olunması məqsədi daşıyır.

 

Əvvəlki Yazı

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına

Növbəti Yazı

Mikayıl Cabbarov: “Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.