İyun 18, 2025-3:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

Naxçıvanda peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçirilib

2024:08:04 - 16:20
in MANŞET
A A

Naxçıvanda Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan əməkdaşlar üçün sınaq imtahanı təşkil edilib.

“Report”un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Maliyyə Nazirliyi tərəfindən Nazirlik Aparatının və yerli maliyyə orqanlarının İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanına hazırlaşan əməkdaşlarının biliklərinin qiymətləndirilməsi məqsədi ilə Dövlət İmtahan Mərkəzinin imtahan proqramına uyğun sınaq imtahanı təşkil edilib.

İmtahan başlamazdan öncə maliyyə nazirinin müavini Elvin Əlimərdanov Peşəkar Mühasib Sertifikatının əhəmiyyətini vurğulayıb və keçirilən təlimlərin maliyyə-mühasibatlıq sahəsi üzrə fəaliyyət göstərən əməkdaşların peşəkarlığının artırılması üçün zəruriliyini qeyd edib.

İyulun 19-dan başlayan və cari günədək təşkil olunan təlimlərdə tədris olunan mövzular ətrafında iştirakçılara PMS imtahanın qapalı sual formatına uyğun test kitabçaları hazırlanaraq təqdim olunub və imtahan 1 saat müddətində aparılıb.

İmtahan müddəti başa çatdıqdan sonra maliyyə üzrə təlimçi-ekspert Arif Ataxanlı tərəfindən iştirakçıların sınaq imtahanı üzrə suallarına geniş izahlar verilərək keçirilən mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, əməkdaşlar üçün təşkil edilən təlimlər həftədə iki dəfə onlayn olaraq “Zoom” platforması üzərindən, bir dəfə isə təlimçi-ekspert Arif Ataxanlı Naxçıvana dəvət edilərək əyani formada keçirilir.

Əvvəlki Yazı

Ukrayna 10 F-16 qırıcısı alıb

Növbəti Yazı

İsrailin maliyyə naziri Fələstin fondlarından 25 milyon dolların çıxarılmasını əmr edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.