Avqust 27, 2025-23:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Naxçıvanda prezident seçkilərində medianın rolu və vəzifələri ilə bağlı seminar keçirilib

2024:01:18 - 15:19
in SİYASƏT
A A

Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yanvarın 18-də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən media nümayəndələrinə “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda onlayn seminar keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, seminarın təşkilində əsas məqsəd media nümayəndələrinin Prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsidir.

Seminarda açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli seçki prosesini işıqlandıran zaman jurnalistlərin hansı prinsiplərə əsaslanmalı olduqlarını qeyd edib.

“Media haqqında” qanunun müvafiq maddələrinə diqqət çəkən agentlik rəsmisi media nümayəndələrinin, eyni zamanda, peşə etika qaydalarına riayət etmələrinin vacibliyini vurğulayıb.

Onlayn seminarda çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü İlkin Şahbazov Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələrindən danışıb. Qeyd edib ki, MSK nəzdində fəaliyyət göstərən və əsasən jurnalistlərdən ibarət olan Mətbuat qrupu mediada seçkiqabağı təşviqat üçün Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara riayət olunmasına nəzarəti həyata keçirir.

Sonra ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələrindən danışan MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın fəaliyyəti barədə ətraflı məlumat verib.

Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Əvvəlki Yazı

Baş Prokurorluq: Sumqayıtda fəhlənin ölməsi faktı ilə bağlı araşdırma aparılır

Növbəti Yazı

Azərbaycanda icbari və könüllü tibbi sığortanın paralel tətbiqinə ehtiyac varmı?

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.