İyun 20, 2025-0:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Naxçıvanda qar uçqunlarının nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib

2024:02:14 - 15:13
in HADİSƏ
A A
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin iştirakı ilə muxtar respublikanın yaradılmasının 100 illiyinə həsr olunan taktiki-xüsusi təlim keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, təlim qar uçqunlarının nəticələrinin aradan qaldırılması zamanı axtarış-xilasetmə işlərinin aparılması, hərəkət marşrutlarında uçmuş, dağılmış yollardan keçidlərin açılması, idarəetmənin və qarşılıqlı əlaqənin təşkili, beynəlxalq təlimlərdə qazanılan təcrübənin tətbiqi və peşəkarlığın artırılması məqsədi ilə təşkil olunub.

Nахçıvаn Muхtаr Rеspublikаsının Fövqəladə Hallar Nazirliyi tərəfindən, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə əvvəlcə hazırlıq məqsədilə Mülki Müdafiə Alayında qərargah məşqi keçirilib, müvafiq tapşırıqlar verilib.

Təlimin ssenarisinə əsasən “112” qaynar telefon xəttinə şərti olaraq qar uçqunu nəticəsində mülki vətəndaşların qarın altında qalması ilə bağlı məlumatı daxil olub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən hərbi hissə növbətçisinə verilən məlumata uyğun olaraq şəxsi heyətə həyəcan siqnalı verilib. Öncə şəxsi heyətə təlimin məqsədi çatdırlıb, təhlükəsizlik qaydalarına riayət etmələri barədə təlimatlandırılıb, texnikaların və xüsusi təyinatlı cihaz və avadanlıqların hazırlığını yoxlanılıb. Şərti olaraq dağlarda qar uçqununun yaranması ilə qar altında qalan insanların axtarışının aparılması üçün bölmələr hadisə rayonuna yürüş keçirib.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hərəkət marşrutunda qar uçqunundan bağlanan yolların açılıb və hərəkətin bərpası təmin edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən isə qarın həcmi, havanın tempuraturu yoxlanılıb.

Hadisə yerində ərazinin vizual kəşfiyyatı aparılıb, xilasetmə işlərinin aparılması üçün idarəetmə təşkil olunub. Sonra beynəlxalq təlimlərdə təcrübə qazanan xilasedici və kinoloqlar xüsusi təyinatlı itlərlə, biper axtarış aparatı və şuplar vasitəsilə qar uçqunu altında qalan insanların axtarışını həyata keçirib, zərərçəkənlərin sayını və yerlərini dəqiq müəyyənləşdiriblər.

Aparılan əməliyyatlarla bağlı fasiləsiz məlumat mübadiləsi həyata keçirilib.

Bölmələrin operativ idarə edilməsi məqsədilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və hərbi hissənin qərargahı aidiyyatı qurumlarla qarşılıqlı fəaliyyət göstərib.

Xilasedicilər keçilməsi mümkün olmayan və təhlükə yarana biləcək dağlıq ərazilərdə zərərçəkənləri qar kütləsi altından çıxararaq yerindəcə ilkyardım göstəriblər. Zərərçəkənlərin tibb məntəqəsinə təxliyəsi edilib. Tibb məntəqəsində həyat əlamətləri qiymətləndirilən zərərçəkənlərə ilk və həkiməqədərki tibbi yardım göstərilib. Ağır xəstələr isə Şahbuz rayon Mərkəzi Xəstəxanasına cəlb olunub. 90-a yaxın şəxsi heyətin, 10-dan artıq texnikanın cəlb olunduğu təlim təhlükəsizlik qaydalarına əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimi Naxçıvan MR fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev izləyib.

Əvvəlki Yazı

Prezident Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam verib

Növbəti Yazı

Ermənistan bölmələri Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.